воскресенье, 10 ноября 2013 г.

Payız  ilin ən gözəl fəslidir.  O, sanki ağacları əlvan rənglərlə boyayan rəssamdır:  qırmızı, sarı, narıncı, bənövşəyi.  Erkən payızda əlvan yarpaqlardan  qeyri-adi  “yağış”  yağır.  Təəssüf ki, bu   gözəllik çox davam etmir: yarpaqlar tökülür, otlar saralır, güllər  solur. Havalar günbəgün yağışlı,  tutqun və soyuq olmağa başlayır.
Həşəratlar xəlvət yerlərdə gizlənir,köçəri quşları qatar-qatar  düzülüb cənuba- isti ölkələrə uçmağa hazırlaşırlar.  Heyvanlar qışa hazırlaşır:  yay xəzlərini qış xəzləri ilə əvəz edir, qışı  keçirtmək üçün rahat yuva axtarırlar.
Təbiət uzun qış yuxusuna hazırlaşır ki, baharda yenidən oyansın və  canlansın.   

Комментариев нет:

Отправить комментарий