Ağac başında al yanaqlı qız.
(alma)
***
Ağac başında qırmızı qız.
(zoğal)
***
Ağac başında qımro bitər.
(fındıq)
***
Ağac başında sarı yemiş.
(xurma)
***
Ağac başında sarı yumaq, Üstünə səpilib ağ sumaq.
(heyva)
***
Bir yanı ağ, Bir yanı al. Ağzına al, Dadı bal.
(şaftalı)
***
Bir təndirim var iki çörək tutur.
(qoz)
***
Qahqah qalası var bunun, Qan pilayası var bunun, Nə doğur, nə törəyir, Pərvaz balası var bunun.
(çiyələk)
***
Dağda bir qab aş yumarladım, Dənəsi də yerə düşmədi.
(nar)
***
İpsiz iynə, deşiksiz muncuq, Allah düzər, adam üzər.
(üzüm)
***
Heyva kimi sap sarı, Nə heyvadı, nə darı. Bir ağacdan dərərəm, Ləzzətini görərəm.
(armud)
|
Комментариев нет:
Отправить комментарий