воскресенье, 10 ноября 2013 г.



RESPUBLİKA İNCƏSƏNƏT GİMNAZİYASININ    
ibtidai sinif müəllimi
Əzimzadə Yaqut

“Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir"

Heydər Əliyev    
Son illər təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi və təhsildə İKT-nin tətbiqinin dünya standartları səviyyəsinə çatdırılması ölkəmizdə prioritet istiqamətlərdən biri olmuşdur. Bu dövrdə təhsil sistemində İKT-nin tətbiqi sahəsində müxtəlif  layihələr və tədbirlər hazırlanıb həyata keçirilmişdir ki, bu da ölkənin təhsil sahəsində aparılan islahatların çox vacib mərhələlərdən biri olmaqla təhsil ocaqlarında İKT infrastrukturunun qurulmasına yönəlmişdir. Müasir təhsil texnologiyalarının genişmiqyaslı tətbiqi, ilk növbədə, təhsil müəssisələrinin kompüter avadanlığı ilə təminatının köklü şəkildə yaxşılaşdırılmasını nəzərdə tutur.   Təhsil sisteminin islahatları ilə bağlı ən aktual məsələlərdən biri İKT tətbiq etməklə təhsilin idarə olunmasının təkmilləşdirilməsidir.
Azərbaycanın dünyanın mütərəqqi təhsil modellərindən biri olan - Kurikuluma keçidi köhnəlmiş pedaqoji problemləri həll etməyə imkan verir
  Hazırda respublikamızda bütün sahələrdə mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox  böyük  önəm  verilir.  İKT  biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə elə orta məktəbdən başlayır.
       İKT materialın ifadə aydınlığını əhəmiyyətli dərəcədə artırır və şagirdlərin diqqətini cəlb edir. Dərsin mövzusu , tədris materialı şagirdlərə maraqlı olur. Əgər  dərs materialı ekranda rəngarəng , səsi  digər effektləri ilə təqdim olunursa,onda təlim daha səmərəli alınır ə bu da şagirdi kompüterin multimediya funksiyalarından istifadə etməyə cəlb edir.
İKT-ni bilmək   dərsə hazırlığı xeyli asanlaşdırır, qeyri-ənənəvi, yaddaqalan, maraqlı, daha dinamik  edir.  İKT və müasir pedaqoji texnologiyalar fənlərin öyrənilməsi üçün, motivasiya üçün şərait yaradırlar. 
Müəllimlər üçün kompüter tədris informasiya vasitələri, əyani vəsaitlər,  diaqnostika və nəzarət mənbəyi funksiyasını oynayır.
Şagird üçün kompüter - bu, müəllim , təhsil obyekti, iş alətidir.
    İKT vasitələri öz geniş imkanları ilə təhsil prosesini xeyli sadələşdirir, onu dinamik və çevik edir. "Müəllim - şagird - dərslik" tədris modelinə kompüterin də əlavə edilməsi tədris prosesini individual  proqram üzrə təşkil etməyə, uşağın dərsə marağını və istəyini stimullaşdırmağa imkan verir. Kompüterlə aparılan dərslər uşaqlar üçün çox cəlbedici və yaddaqalan olur.       
"Əyanilik - əsas pedaqoji prinsiplərdən biridir və buna  əsasən, tədris materialı şagirdlər tərəfindən daha konkret faktlar əsasında qəbul edilir". Y.Kamenski
     Multimedia vasitələri, avtomatlaşdırılmış öyrədici sistemlər, kompüter tədris proqramları, animasiya qrafikası, rəngarəng  illüstrasiyalar uşaqların idrak aktivliyinə müsbət təsir göstərir ,həmçinin ,İnteraktiv rejimdə keçilən dərslər bütün uşaqların, o cümlədən passiv, utancaq, müəyyən fiziki və ya psixoloji qüsuru olan şagirdlərin dərs prosesinə aktiv qoşulmasına şərait yaradır.   1-4-cü sinif şagirdlərinin güclü əyani, bədii, canlı təfəkkürə malik olduğunu nəzərə alsaq, onlar üçün keçilən dərslərdə uşaqların görmə, eşitmə duyğularını, emosiya və təsəvvürlərini cəlb edən metodların istifadə edilməsi olduqca böyük  əhəmiyyətə malikdir.  Dərslərin ,məhz, interaktiv rejimdə deyilməsi bu işdə çox faydalı olur.  Uşaqların sinifdə statusuna uyğun onları qruplara ayırmaqla kompüterdə optimal iş rejimi də qurmaq olar. Müəyyən fənlər üzrə məsələlərin, tədqiqat xarakterli çalışmaların həllində belə qruplaşdırma xüsusi effekt verir.  Öz sürət rejimində uşağın işləməsi yaxşı nəticə verir, onun özünə inamı artır, bu isə təlimə əlverişli psixoloji atmosfer verir. Müəllimin verdiyi suala sinifdəki şagirdlərin hamısı kompüter vasitəsilə eyni zamanda cavab verməklə dərs prosesində aktiv iştirak edir, müəllimlər isə dərs boyu uşaqların aktivliyini istədikləri kimi qoruyub saxlaya bilirlər.
      İKT  dərsə hazırlığı xeyli asanlaşdırır, qeyri-ənənəvi, yaddaqalan, maraqlı, daha dinamik  edir.  İKT və müasir pedaqoji texnologiyaların hər biri dərsin idrak marağını  qadirdir, bu fənlərin öyrənilməsi üçün motivasiya üçün şərait yaradır. Bu rasional üsul təhsilin səmərəliliyinin artırılması və intensivləşdirilməsi ,təlim və şəxsi təhsili, təhsilin keyfiyyətinin yüksəldir. 

Комментариев нет:

Отправить комментарий